.
.

Kreml Paşinyanın istefa açıqlamasına münasibət bildirdi

12:19 - 29 Mart
    7240 oxunma


"Ermənistanın baş naziri Nikol Paşinyanın istefa vermək niyyətində olduğunu bəyan etməsi Rusiya prezidenti Vladimir Putinin onunla dərhal danışmasını, təmasların baş verməsini tələb etmir" - deyə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Bizimxeber.az bildirir ki, Peskov Kremlin Paşinyanın istefa açıqlamasına münasibət bildirərkən deyib ki, Paşinyan hələ vəzifəsini icra edir və bu qərar dərhal müzakirələrə başlamaq üçün əsas deyil. Bu yaxınlarda Putin və Paşinyan danışıblar, daimi əlaqədədirlər ".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü ölkənin Armavir vilayətinin sakinləri ilə görüşdə bildirib ki,  apreldə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefaya gedəcək.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84