. .

Kreml Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti şərh etdi

14:21 - 30 Aprel
    13037 oxunma

Kreml Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti şərh etdi

“Moskva münaqişənin öhdəsindən gəlmək üçün Bişkek və Düşənbənin ortaq işçi qrupu yaratmaq qərarını dəstəkləyir”. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O qeyd edib ki, Rusiya qardaş ölkələr olan Qırğızıstan və Tacikistan sərhədindəki vəziyyətin gərginləşməsini narahatlıqla izləyir.

“Təəssüf ki, silahlı toqquşmalar nəticəsində insan tələfatı var. Hər iki tərəfdən də xeyli sayda qurban var. Hazırda vəziyyət sabitləşib, lakin gərginlik hələ də davam edir.  Tərəfləri daha çox danışıqlar yolu ilə - müttəfiqlik və mehriban qonşuluq ruhunda - vəziyyəti normallaşdıracaq sabit və uzunmüddətli razılaşmalar əldə etməyə və bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırırıq”,- deyə Zaxarova qeyd edib.

O, Rusiyanın Qırğızıstan və Tacikistanla strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əməl edərək, mübahisəli məsələlərin siyasi və diplomatik üsullarla həll edilməsində hər cür kömək göstərməyə hazır olduğunu sözlərinə əlavə edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84