Kredit və əmanət rəqəmləri belə dəyişib?
-
7720 oxunma
.jpg)
Mərkəzi Bank rəsmi hesabatlar yayıb. Novator.az-ın məlumatına görə, 2021-ci il yanvarın 1-nə kredit məbləği 14 milyard 157 milyon manat, əmanət məbləği 8 milyard 177,9 milyon manat göstərilir.
2020-ci ilin əvvəlinə 14 milyard 900,9 milyon manatlıq kredit, 8 milyard 637,9 milyon manatlıq əmanət qeydə alınmışdı. Bir ildə kredit portfeli 743,9 milyon manat, əmanətlər 460 milyon manat azalıb.
Başqa bir açıqlamaya əsasən, 2021-ci il yanvarın 1-nə 893,1 milyon manatlıq problemli kredit rəsmiləşib. 2020-ci ilin əvvəlində 1 milyard 273,1 milyon manatlıq ödəniş vaxtı keçmiş kredit vardı. Bir ilin azalması 380 milyon manatdır.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84