. .

Kürdə batan qızın meyiti tapıldı, qardaşı axtarılır - Yenilənib

16:24 - 10 Aprel
    17801 oxunma

Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, ötən gün FHN-in “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Batdığı ehtimal olunan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84