Kürd Elnur”un qəsdən dərədən atdığı avtomobilin son görüntüləri - VİDEO

11:06 - 14 May
    1170 oxunma

Sosial şəbəkələrdə bir neçə gün əvvəl qəsdən dərədən atılan BMW markalı avtomobilin son görüntüləri yayılıb.

Bizimxeber.az xəbər verir ki, videoda avtomobilin yararsız vəziyyətə düşdüyü görünür. Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, ona məxsus avtomobilin tanışı tərəfindən qaçırıldığını və dərəyə atıldığını bildirib. Müraciət əsasında avtomobili dərədən aşıran, dəfələrlə məhkum olunmuş Elnur Abbasov saxlanılıb, barəsində cinayət işi başlanıb.

Elnur Abbasov kriminal aləmdə "Kürd Elnur” kimi tanınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84