.
.

Korşunov axtarışa verildi

01:43 - 03 Aprel
    8120 oxunma

Federal Təhqiqatlar Bürosu (FBI) Aleksandr Korşunovu axtarışa verdi. Bizimxeber.az RİA Novosti-yə istinadən bildirir ki, o, qanunsuz olaraq məlumatların oğurlanmasında şübhəli olaraq axtarılır.

"Aleksandr Yuryeviç Korşunov ABŞ-da kommersiya sirri təşkil edən məlumatların oğurlanması ehtimalı ilə axtarışdadır", – deyə nazirliyin rəsmi məlumatında bildirilir.

FBI-nin məlumatına görə, rusiyalı dövlət şirkətlərindən birində işləyib və eyni zamanda Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı kimi xidmət edib. Korşunov guya Qərb Aviasiya şirkətlərini Rusiya aviasiya texnologiyalarının inkişafı məqsədilə Birləşmiş mühərrik Korporasiyası ilə əməkdaşlıq etməyə sövq edilib.

O, 2013-cü ildən 2018-ci ilə qədər Rusiya vətəndaşı ilə cinayət sövdələşməsinə girərək Amerika Aviasiya şirkətindən kommersiya sirrini əks etdirən məlumatları oğurlamağa çalışıb. Korşunov 30 avqust 2019-cu ildə Vaşinqtonun tələbi ilə Napoli hava limanında saxlanılıb. Burada onu Sənaye casusluğunda ittiham ediblər.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84