“Korrupsionerləri himayə edən uzun illərdən bəri Prezident Administrasiyasında şöbə müdiridir“ - ŞOK İTTİHAM

16:30 - 02 May
    3125 oxunma

"Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər ciddi cəzalandırılmalıdır".

Bizimxeber.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. 

Hafiz Hacıyev deyib ki, əgər Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı ondan əvvəl həbs olunan Ağstafa, Yevlax və Neftçala rayon İcra Hakimiyyətləri başçılarının əməllərindən nəticə çıxarsaydı, o zaman bu gün tutulmazdı:

"O vaxtı Ağsatafanın icra başçısı tutulanda, düşündüm ki, yəqin bu, digər icra başçılarına dərs olacaq. Çox təəssüf ki, bu baş vermədi. Əksinə, həbslərdən sonra icra başçıları daha da qudurdular. Bu dəfə onlar gizli şəkildə rüşvət və korrupsiya ilə məşğul olmağa başladılar. Bütün bunlar isə Prezident İlham Əliyevin apardığı ciddi islahatlara kölgə salmaq cəhdləri idi. Sanki həmin məmurlar bu gün Prezident İlham Əliyevin islahatlarına kölgə salmaq üçün sıraya düzülüblər. Cənab Prezident bu adamlara dəfələrlə tapşırıqlar verir ki, harınlamayın, gedin xalqın xidmətçisi olun. Ancaq bu məmurlar başqa yol tutublar, öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Həbs olunanda da çıxıb kamera qarşısında ağlayırlar ki, səhv etmişik. Necə yani, səhv etmisən? Sən öz korrupsioner əməllərinlə ölkənin imicinə böyük zərbə vurmusan. Həmin məmurlar çox mənəviyyatsız hərəkətlər edirlər. Düşünürəm ki, onlara qarşı daha amansız tədbirlər görülməlidir, daha sərt cəzalar verilməlidir".

Partiya sədri qeyd edib ki, bu yaxınlarda DTX tərəfindən keçirlən əməliyyat zamanı tutulan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı uzun illərdən bəri rüşvət və korrupsiya ilə məşğul olub:

"Mahir Quliyev Biləsuvardan əvvəl Astarada idi və orada böyük qələtlər edib. Onu himayə edən şəxs də həbs olunmalıdır. Bu gün həmin adam uzun illərdən bəri Prezident Administrasiyasında şöbə müdiridir və korrupsioner icra başçılarını o himayə edir. Ən böyük korrupsionerlərdən biri məhz həmin adamdır. O, rüşvətxor məmurları Prezidentə "yaxşı" kadr kimi təqdim edib".

/Demokrat.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84