Koronavirusun yeni simptomları 

15:59 - 26 İyun
    1045 oxunma

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus infeksiyasının simptomları siyahısını genişləndirib.

Mütəxəssislər simptomlar sırasına burun tutulması, zökəm, ürəkbulanma və ishal əlavə edib.

Bundan əvvəl koronavirus simptomları arasında yüksək temperatur, öskürək və nəfəs darlığı yer alırdı. Daha sonra bu simptomlara boğaz ağrısı, titrətmə, əzələ ağrısı, dad və iy bilmənin itməsi əlavə olunmuşdu.

Qeyd edək ki, bu günədək dünyada 9,7 milyondan çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı isə 492 min nəfəri keçib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84