Koronavirusla mübarizə budurmu, Vüsal Kərimli?  - VİDEO

12:19 - 16 Fevral
    15560 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Bakıda "20 Yanvar” metrostansiyasının qarşısında acınacaqlı vəziyyət hökm sürür. Baku.ws-ə danışan sakinlər bildirirlər ki, hər gün metrostansiyanın qarşısındakı dayanacaqda avtobuslara minmək üçün sözün əsl mənasında mübarizə gedir.

Vətəndaşlar gündəlik olaraq istifadə etdikləri avtobuslara minməkdə ya çətinlik çəkirlər, ya da avtobusda sıxılmış vəziyyətdə getmək məcburiyyətində qalırlar. 

Mövcud vəziyyət paytaxt sakinlərinin hər gün stres yaşaması və əsəblərinin tarıma çəkilməsi ilə nəticələnir. Yerli sakinlər problemin əsas səbəbinin metrostansiyaların bağlı qalmasında görürlər.

Görəsən, Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi və ailə üzvləri belə avtobuslardan istifadə edir? 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84