Koronavirus dünya iqtisadiyyatına nə qədər maddi zərər vurub 

14:32 - 09 Aprel
    21458 oxunma

COVID-19-un yayılması səbəbiylə dünya iqtisadiyyatına vurulan ümumi zərər iki ildə beş trilyon dollardan çox olacaq. 

Bu barədə “Bloomberg” “Wall Street” banklarının hesablamalarına istinadən xəbər yayır. Məlumatda dünyanın 1930-cu illərdən bəri sülh dövründə ən dərin tənəzzülə uğradığı bildirilir. Bu, virusun yayılmasına görə ölkələrin əksər müəssisələri bağlamağa məcbur olması ilə əlaqədardır.

Ekspertlər tənəzzülün qısamüddətli olacağını proqnozlaşdırırlar, lakin iqtisadiyyatın böhrandan əvvəlki səviyyəyə qayıtması üçün ən azı iki il vaxt lazım olduğunu da qeyd edirlər. Xatırladaq ki, koronavirus martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84