“Koronavirusdan sağalan şəxs ikinci dəfə yoluxa bilər”

14:58 - 28 Avqust
    2465 oxunma

COVID-19-dan sağalan şəxs virusa ikinci dəfə yoluxa bilər. 

Bizimxeber.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, hələlik Azərbaycanda belə bir hal baş verməyib: “Ümumiyyətlə yoluxucu xəstəliklərin hamısında ikinci dəfə yoluxma mümkündür. 

İnsan əgər xəstəliyə yoluxubsa, onda bu xəstəliyə qarşı immunitet yaranır. Elə yoluxucu xəstəliklər var ki, sağaldıqdan sonra ona qarşı yaranan immunitet davamlı olur. Buna baxmayaraq belə infeksiyalara qalib gələn şəxslərin təkrar eyni xəstəliyə yoluxması mümkündür. Lakin təkrar yoluxma halında xəstəlik yüngül keçir, güclü bir ağırlaşma müşahidə olunmur.

Bəzi infeksion xəstəliklərdə isə immunitet qısa müddətli, məsələn, altı ay olur. Biz hələlik koronavirus barədə çox şeyi bilmirik. Yaranan immunitetin qüvvəsi nə qədərdir, neçə müddət bizi qoruya biləcək? Təbii ki, hətta davamlı immunitet yaransa belə, bütün infeksiyalarda olduğu kimi koronavirusa təkrar yoluxma mümkündür. Ancaq hələlik Azərbaycanda belə bir hal baş verməyib”.

C.İsayev məktəblərin açılması ilə bağlı səsləndirilən təkliflərdən də danışıb. Onun sözlərinə görə, yeni tədris ilinin başlanılması ilə bağlı verilən tövsiyə və göstərişlərə əməl olunmalıdır./Trend/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84