. .

Koronavirusdan ölən hakimin oğlu həbsdən buraxıldı - VİDEO

15:55 - 15 Aprel
    14455 oxunma

İki gün əvvəl koronavirusdan ölən tanınmış məhkəmə hakiminin həbsdə olan oğlu azadlığa buraxılıb.

Bizimxeber.az bildirir ki, mərhum hakim Rəşid Hüseynovun oğlu Səməd Hüseynzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəzlənib. 

Qeyd edək ki, S.Hüseynzadə bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində həbs edilib.

O, saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaratmaqda təqsirli bilinib. /lent.az/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84