"Koronavirusa təkrar yoluxma müşahidə olunur" - Professor
-
2020 oxunma
.jpg)
"Koronavirusa təkrar yoluxma halları mövcuddur". Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, müalicə olunan xəstə bir müddətdən sonra təkrar virusa yoluxa bilər:
"Virusun formaları var. Əlbəttə, bunlar özlərini fərqli aparır. Bu cür yoluxma realdır. Düzdür, kütləvi olmasa da, mümkündür".
Adil Qeybulla bildirib, pandemiyanın ikinci dalğası müşahidə olunur və bütün dünyada virusun artması müşahidə olunur: "Azərbaycanda virusun yayılma səbəblərindən biri də qələbə-zəfər yürüşündən sonra insanlar karantin qaydalarına əməl etməməsidir. Maskasız rayonlara gediş-gəliş başladı.
Yüz minlərlə insan maskasız, sosial məsafə gözləmədən küçələrə çıxdı və bu da böyük yoluxma potensialı yaratdı. Onun nəticələrini də biz bu gün yaşayırıq".
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84