"Koronavirus testlərinin qiyməti aşağı salınmalıdır"

11:54 - 22 Dekabr
    1320 oxunma

"Milli Məclisdə cəmiyyət tərəfindən qəbul edilən həkim deputatlar var. Cəmiyyətdə koronavirus xəstələrinə dərmanların bir xəstəyə yox, digərinə verilməsi, testlərin qiyməti və s. kimi məsələlərlə bağlı suallar var. Hesab edirəm ki, bununla bağlı parlamentdə dinləmələr keçirilsə daha yaxşı olar”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, Azərbaycanda koronavirus testlərinin qiyməti aşağı salınmalıdır.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Milli Məclisdə bununla bağlı iki dəfə dinləmə keçirilib: "Əgər bununla bağlı ehtiyac olsa, biz bu dinləməni keçirə bilərik”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84