Koronavirus pandemyası  iki qat sürətlənib

23:20 - 10 İyul
    1760 oxunma

Koronavirusun yayılma sürəti may ayının göstəricilərinə nisbətən iki dəfə artıb. Lakin, pandemiyanın artma zirvəsi isə hələ qabaqdadır”.

“Bizimxeber” TASS-a istinadən xəbər verir ki,  bu sözləri Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus bildirib. 
Onun sözlərinə görə Əvvəlki aylarda həftəlik xəstələnmə halları getdikcə azalmağa doğru gedirdi, indi isə yenidən artır. İyulun 10-da ÜST sutka ərzində yoluxmuşların rekord sayını qeydə alıb-228 mindən çox insan.

Hebreyesus qeyd edib ki, xəstəliyin böyük ocaqları əsasən Amerika, Afrika və Asiya ölkələrində qeydə alınır. Avropada isə bu bahar koronavirus epidemiyasının artması dayandırılsa da hazırda kütləvi yayılma ilə bağlı yeni hallar qeydə alınır.

İyulun 9-da amerikalı infeksionist, ABŞ-da koronavirus ilə mübarizə üzrə İşçi Qrupunun baş eksperti doktor Antoni Fauçi qlobal pandemiyanın yalnız indi başladığını elan edib. Onun sözlərinə görə, koronavirus ilə bağlı vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək. Hazırda infeksiya Braziliyada, CAR-da və Asiyada fəal şəkildə yayılmaqdadır.

Jons Hopkins Universitetinin məlumatına görə, dünyanın hər yerində 12,3 milyondan çox SARS-CoV-2 yoluxma halları var. COVİD-19 xəstəliyinin qurbanı 556 min nəfər olub.

 

Bizimxeber.az
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84