Koronavirus pandemiyası media azadlığına necə təsir edib? - HESABAT

01:38 - 28 Aprel
    1380 oxunma

Koronavirus pandemiyası bütün dünyada media azadlığına təhdidləri genişləndirir. Çin və İrandakı kimi avtoritar rejimlər pandemiyanın detallarını açıqlamır. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 21-də yaydığı illik mətbuat azadlığı reytinqində belə deyib.

Qurum bildirib ki, pandemiya mətbuat azadlığını kölgələyən bir sıra böhranlara işıq saldı, onları gücləndirdi. 180 ölkəni əhatələyən reytinqin dibində Türkmənistan və Şimali Koreya yer alıb. Norveç artıq dördüncü ildir ki, birinci yerdədir, Finlandiya yenə də ondan sonradır. Gürcüstan 28.59 balla 60, Ermənistan 28.60 balla 61, İran 64.81 balla 173, Türkiyə 50.02 balla 154-cü yerdə qərarlaşıblar.

149-cu yerdə qərarlaşmış Rusiya “daha incə metodlarla İnternetə nəzarət cəhdlərini” davam etdirir, hesabatda deyilir və ölkə internetini dünyadan ayırmağa imkan verəcək qanunvericilik misal gətirilir. RSF Macarıstanda medianın senzuraya məruz qalmasından söz açır. Baş nazir Viktor Orban hökumətinin saxta informasiyayla bağlı xüsusi qanunu “tamamilə qeyri-mütənasib və məcburiyyət xarakterli”dir.

RSF növbəti on ilin mətbuat azadlığı üçün vacib olacağını yazır, çünki jurnalistikanın gələcəyinə bir sıra böhranlar təsir göstərəcək: avtoritar rejimlərin aqressivliyindən dolayı geosiyasi böhran; demokratik təminatlar olmadığından texnolji böhran; qütbləşmə və repressiv siyasətlərin yaratdığı demokratik böhran; mediaya şübhə, hətta nifrət səbəbindən etimad böhranı; keyfiyyətli jurnalistikanı tükəndirən iqtisadi böhran. Həlledici dekada

“Jurnalistikanın gələcəyinə təsir edən böhranlarla əlaqədar bu sahə üçün həlledici dekadaya qədəm qoyuruq. Koronavirus pandemiyası etibarlı informasiya hüququnu təhdid edən neqativ faktorlara işıq salır… 2030-cu ildə informasiya azadlığı, pluralizm, etibarlılıq necə olacaq? Bu sualın cavabı bu gün müəyyənləşir”, RSF-in baş katibi Kristof Deloir deyib.

177-ci yerdə olan Çin və 3 pillə geriləyərək 173 yerdə qərarlaşmış İran pandemiyanın miqyasını ört-basdır etməyə çalışıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84