.
.

Koronavirus məhdudiyyətlərinə qarşı etiraz üsyana çevrildi

14:37 - 15 Mart
    8120 oxunma


Hollandiyada koronavirus məhdudiyyətlərinə qarşı tədbir böyük üsyana səbəb oldu. 

Bizimxeber.az bildirir ki, "Haaqa"da təxminən iki min insan koronavirus məhdudiyyətlərinə son qoyulması tələbiylə küçələrə çıxıb. Tədbir iştirakçılarının sayı gözlənilmədən çoxalıb. Aksiyanı dağıtmaq istəyən polislə insanlar arasında toqquşma baş verib. Su şırnaqları və dəyənəkdən istifadə edən polis etirazçıları atların və xidməti itlərin köməyi ilə dağıda bilib.

Bir neçə nəfər saxlanılıb, onlarla aksiya iştirakçısı isə cərimələnib. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84