Koronavirus Fondunun vəsaiti ilə bağlı qaydada bu dəyişikliklər edildi

11:33 - 25 Dekabr
    780 oxunma

Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısının 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

Bizimxeber.az xəbər verir ki, sənəddə deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 239) ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bəndə “hesabı” sözündən sonra “, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları” sözləri əlavə edilsin;

1.2. 2.4-cü bənddə “2020” rəqəmləri “2021” rəqəmləri ilə əvəz edilsin;

1.3. 2.5-ci bənddə “hesabında” sözü “və bank hesablarında” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84