. .

Koreya səfirliyi Tahir Kərimlini yalançı adlandırdı

12:02 - 29 Aprel
    8197 oxunma

Koreya Respublikasının ölkəmizdəki səfirliyi deputat Tahir Kərimlinin adıçəkilən ölkə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Səfirlikdən sözügedən xəbərə reaksiya olaraq Bizimxeber.az-a göndərilən məktubda bildirilir ki, deputatın Cənubi Koreyada mini yubka, açıq-saçıq geyinən qadınların 45 dollar cərimə edilməsi ilə bağlı fikri səhvdir: "Koreya Respublikasında (Cənubi Koreya) mini yubka, açıq-saçıq geyim üsulunu qadağan edən bir qayda və yaxud nizamnamə yoxdur".  

Xatırladaq ki, T. Kərimli Azərbaycanda hotellərin nikah şəhadətnaməsi tələb etməsi ilə bağlı məsələni müdafiə edib. Bununla bağlı verdiyi açıqlamada bildirib ki, nikah şəhadətnaməsinin tələb edilməməsi əxlaqsızlığa yol açır.

Millət vəkili fikirlərini izah etmək üçün Cənubi Koreyanı da misal gətirməyə çalışıb: "Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bu metodun Azərbaycanda tətbiq edilməsini təklif etsəm, qəbul etməyəcəksiniz. Bəs biz necə müsəlman ölkəsiyik?”

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84