.
.

"Kondisener altında oturan ağanın nə vecinə, nökərin çöldə canı çıxır" - Deputat

13:18 - 22 İyul
    2640 oxunma


"Temperatur 40 dərəcədən yuxarıya qalxırsa, hökumət bütün yerlərdə, xüsusilə də açıq iş şəraitində çalışanların işləməsini qadağan etməli, yaxud da təcili vaxt dəyişikliyinə getməlidir”. 

Bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib. O bildirib ki, insan həyatını risqə soxmaq olmaz: "Müşahidə edərəm ki, bir çox yerlərdə iş rejimi əvvəlki qaydada davam edir, necə deyərlər, içəridə kondisener altında oturan ağanın nə vecinə, nökərin çöldə canı çıxır.

Son günlər temperatur 42-43 dərəcədən aşağı düşmür, ancaq normal açıqlama da verən yoxdur. Adamlar nicat yolunu artıq milli balıqların belə üzə bilmədiyi çirkli dənizimizdə sərinləməkdə tapırlar”.

Deputatın fikrincə, vətəndaşın sağlamlığından vacib heç nə ola bilməz.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84