“Komsomolskaya Pravda” Gəncədəki fotoları Xankəndidəki kimi qələmə verdi

13:55 - 13 Oktyabr
    1190 oxunma

Rusiyanın “Komsomolskaya Pravda” internet qəzeti işğalçı Ermənistanın raket hücumu nəticəsində Gəncədə dağıdılan binanın fotosunu ötən gün “Xankəndidə raket zərbəsindən sonra dağılan bina” başlığı ilə yayımlayıb. Bu, sosial mediada etirazlarla qarşılanıb. 

Qəzetin saytında humanitar atəşkəs razılığına gəlindikdən sonra da döyüş əməliyyatlarının davam etdirilməsinə dair məqalə dərc olunub.

Məqalədə Gəncədə raket hücumu nəticəsində dağılan binanın, zərərçəkən insanların fotoşəkilləri yerləşdirilib və guya hadisə Xankəndidə baş vermiş kimi qələmə verilib. Qəzetin bu cür qeyri-peşəkar addımı həm Azərbaycan, həm də Türkiyə sosial media istifadəçiləri tərəfindən kəskin reaksiya ilə qarşılanıb və tənqidlərə səbəb olub.

Sonradan fotolar saytdan silinsə də, “Komsomolskaya Pravda” məsələ ilə bağlı heç bir izahat, təkzib və ya üzrxahlıq etməyib. Bu da həmin məqalənin bu formada dərcinin qeyri-peşəkarlıqdan daha çox saxtakarlıq və qərəz xarakteri daşıdığını deməyə imkan verir. 

 


Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84