.
.

"Komitəyə kimi təyin etsələr, yenə də problemlər aradan qalxmayacaq" - Erkin Qədirli

15:59 - 12 Mart
    7720 oxunma


Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı kütləvi narazılıqların miqyası son günlər daha da genişlənib. Bu sahədə baş verən problemlərlə bağlı yerli mediada hər gün materiallar dərc olunur, regional faktora əsaslanan bir qrup şəxsin qurumda yüksək vəzifə tutmaları cəmiyyətdə geniş müzakirə olunur, vətəndaşların incidilməsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Hətta bir neçə gün bundan əvvəl sahibkarlar Gömrük Komitəsinin qarşısında aksiya keçirmişdi. Təsadüfi deyil ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev hazırda ən çox tənqid edilən məmurların siyahısında ilk yerdə qərarlaşıb.

Əslində nə baş verir? Gömrük Komitəsindəki problemlər nədən qaynaqlanır? Bu sahədəki süründürməçiliyin, problemlərin həlli mümkündürmü?

Bizimxeber.az bildirir ki, məsələ ilə bağlı Azsiyasət.com-a danışan deputat Erkin Qədirli bildirib ki, Gömrük Komitəsi ayrıca qurum kimi fəaliyyət göstərməməlidir: “Gömrük Komitəsində baş verənlər sistemin problemidir.

Gömrük funksiyası çox önəmlidir, amma vergilər və rüsumlar bir yerdə yığılmalıdır. Komitəyə kimi təyin etsələr, yenə də problemlər aradan qalxmayacaq. Sistem yanlış olandan sonra ora kimi təyin etsəniz də, vəziyyət düzəlməyəcək”.

E.Qədirli eyni regiondan, eyni kənddən (məsələn, Komitədə bir neçə general, onlarla polkovnik və digər yüksək rütbəli şəxslər Nehrəm kəndindəndir) olan şəxslərin Gömrük Komitəsində yüksək vəzifə tutmaları ilə bağlı məsələyə də münasibətini bildirib: “Bu hüquq məsələsi də deyil. Düzdür, bəzi yanaşmalara görə kvotalar olur.

Gömrük Komitəsinin əsas problemləri əslində bunda da deyil. Mən bölgələri və şəxsləri hədəfə göstərməyin tərəfdarı deyiləm. Amma bir daha qeyd edirəm ki, Gömrük Komitəsində, bu sahədə sistemli islahatlara ehtiyac var, bu qurum ayrıca fəaliyyət göstərməməlidir”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84