Komissiya üzvündən Əfv sərəncamıyla bağlı ümidverici xəbər
-
1040 oxunma

"İnanıram ki, prezidentimiz tərəfindən Əfv sərəncamı veriləcək". Bunu açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, sərt karantin qaydaları komissiya üzvlərinin bir yerə yığışmasını qadağan edir:
"Bu sərəncamın nə vaxt veriləcəyi barədə dəqiq bir şey deyə bilmərəm. Çünki pandemiyadır, Əfv komissiyasının bir yerə toplanması ilə bağlı texniki problemlər var. Bu baxımdan pandemiya zamanı çox sayda insanların bir yerə toplaşmasını qaydalar qadağan edir".
Komissiya üzvü ümid edir ki, yığıncağın keçirilməsi üçün hansısa bir forma tapılacaq:"Dəqiq deyə bilmərəm Əfv sərəncamı indi olacaq, ya bir az sonra. Amma bütün hallarda belə bir sərəncam veriləcək".
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84