Komendant saatı ilə bağlı növbəti müraciət!

17:02 - 10 Noyabr
    1570 oxunma

Daxili İşlər Nazirliyi vətəndaşlara növbəti dəfə müraciət edib. 

Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir. Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84