. .

Koçaryanın buynuzu göründü - Süni olaraq vəziyyəti gərginləşdirməyə çalışır

18:39 - 14 May
    1725 oxunma


Ermənistandakı seçkilərə qatılan ikinci prezident Robert Köçəryanın "Ermənistan" bloku son sərhəd məsələsi ilə bağlı bəyanat yayıb.

Bizimxeber.az bildirir ki, "Sünik bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar təhlükəsi yaranıb" kimi fikirlərin yer aldığı bəyanatda Robert Köçəryanın buynuzu tam olaraq görünür. 

"Yeni müharibə mümkündür. Silahlı qüvvələr ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək məcburiyyətindədirlər. İndiki hökümət vətəndaşların təhlükəsizliyini təmin etmək gücündə deyil" deyə Koçaryanın bəyanatında qeyd olunur.

Koçayana görə, Azərbaycan Ermənistan hakimiyyətinin dinc siyasətindən, onların hərəkətsizliyindən istifadə edərək, respublikanın ərazi bütövlüyünü pozur: "Azərbaycanın genişlənmə iştahı yalnız Nikol Paşinyanın rəhbərlik etdiyi rejimin anti-erməni siyasətindən qaynaqlanır".

Görünüdüyü kimi Sünik bölgəsində yaşananların Paşinyan tərəfindən qara-qışqırığa salınması seçkilərə hesablanıb. Koçaryan problemi daha da qızışdırılmasının, Paşinyanın siysasi gücünün bir qədər də azalmasına çalışır. Paşinyan özünü müdafiə etməyə, qışqırmağı üstün tutur.

Azərbaycan isə öz əzəli ata-baba torpaqlarına sahib olur. Bizə torpaq, Ermənilərə isə hakimiyyət uğrunda dava...

Ə.Əlizadə
Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84