.
.

Koçaryan Paşinyana qarşı məhkəmə iddiası qaldırdı - 4 milyon dram tələbi

14:21 - 08 Aprel
    12000 oxunma

Ermənistanın sabiq prezidenti Robert Koçaryan hazırkı baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Ria Novosti" məlumat yayıb. 

Məhkəmə iddiası ilə bağlı "Sputnik Armenia"ya açıqlamasında Koçaryanın vəkili Ayk Alumyan deyib ki, iddia aprelin 7-də məhkəməyə təqdim edilib. İddia Yerevanın ümumi yurisdiksiya Məhkəməsinin hakimi Artur Mkrtçyana ünvanlanıb.

Məhkəmə-Hüquq informasiyasının saytında bildirilir ki, Koçaryan Paşinyanın eks-prezidentə dair bəyanatları açıq şəkildə təkzib etməyi və 4 milyon dram (təxminən 8 milyon dollar) məbləğində kompensasiya ödəməyi tələb edir.

Vəkilin sözlərinə görə, söhbət baş nazirin 1 mart 2021-ci il tarixli bəyanatlarından gedir. 

"Martın 1-də Paşinyan Respublika Meydanında bəyanat verərək, çıxış edib. Bəzi şeylər onun qiymətləndirici mülahizələri kimi deyil, sübut edilmiş faktlar kimi təqdim edilirdi", - deyə  Alumyan bildirib.

Paşinyan mitinq zamanı "1 mart" məsələsinə toxunaraq bildirib ki, "2008-ci ilin mart ayında ordunu öz xalqına qarşı çıxarmış insanlar indi yenidən bunu etməyə çalışırlar". 

Aprelin 6-da Yerevanın ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan Koçaryana qarşı qaldırılan iddianın ləgvi və "1 mart" barədə cinayət işinin dayandırılması haqqında qərar qəbul edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84