. .

Koçaryan Paşinyan əleyhinə böyük koalisiya yaradır

12:17 - 01 Aprel
    5994 oxunma

Ermənistanın eks-prezidenti Robert Koçaryan 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır. O, hazırladığı seçki siyahısına nüfuzlu şəxsləri daxil etməyə çalışır. 

Koçaryanın komandasına daxil olanlar arasında VivaCell-MTS mobil operatorunun baş direktoru Ralf Yirikyan, eks-müdafiə naziri Seyran Ohanyan, eks-Baş Qərargah rəisi Yura Xaçaturov, eks-baş nazir müavini Arman Qevorkyan daxildir.

“Qraparak”ın məlumatına görə, keçmiş baş nazir Karen Karapetyan seçki siyahısına qatılmasa da, Koçaryana hər cür dəstək verməyə hazır olduğunu deyib. Biznesmen Artak Tovmasyan və Zəngəzurdan olan siyasətçilər də seçkilərdə ona qoşulmağı planlaşdırır. Robert Koçaryanın başçılıq edəcəyi siyasi qüvvənin seçki siyahısında 3-cü şəxs eks-ədliyyə naziri Arpine Ovannisyan olacaq. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84