.
.

Koçaryan müharibə ilə bağlı maraqlı detalları açıqladı -  "Dayandırmaq imkanı... "

01:27 - 06 Aprel
    15480 oxunma


Ermənistanın eks-prezidenti Robert Koçaryan Yerevanda rusiyalı jurnalistlər üçün mətbuat konfransı keçirib.

O, Qarabağda müharibəni dayandırmaq üçün tamamilə başqa yolun mümkünlüyünü, lakin Ermənistan tərəfinin bu məsuliyyəti öz üzərinə götürmək istəmədiyini deyib.

Koçaryanın sözlərinə görə, Rusiya müharibəni dayandırmaq üçün Ermənistan hakimiyyətinə maksimum imkan yaradıb və oktyabrın 19-da Rusiya prezidentinin təklifi olub.

"Müharibəni tamamilə başqa səpkidə dayandırmaq imkanı var idi və erməni tərəfi, erməni baş naziri bu qərarı qəbul etmək məsuliyyətini öz üzərinə götürmədi. Onun izah etdiyi kimi, xalq onu başa düşməzdi və xəyanətdə ittiham edərdi", - deyə Koçaryan bildirib.

Eks-prezidentin fikrincə, buna görə də 19 oktyabrdakı vəziyyətə nisbətdə itki on dəfələrlə daha çoxdur.

"Baş Qərargahın mövqeyi var idi ki, biz müharibəni uduzuruq, hətta yazılı hesabatı var idi. Hamı nə baş verdiyini başa düşürdü. "Nə etmək olar, biz uduzduq" demək iqtidar üçün daha asan idi, nəinki müharibə gedişində çətin və məsuliyyətli qərar qəbul etmək. O qərar indiki qərardan daha yaxşı idi",-deyə eks-prezident mətbuat konfransında deyib. 

Koçaryan əlavə edib ki, baş verənlərə görə, şəxsən məsuliyyəti Ermənistanın baş naziri Nikol Paşinyan daşıyır.

"Bu gün Ermənistanın vəziyyəti, ümumilikdə, Ermənistan ordusunun vəziyyəti heç kəsə revanş haqda düşünməyə imkan vermir, amma ədalətsiz dünya uzun və əbədi ola bilməz. Buna görə də vəziyyətə aşağıdakı kimi baxmaq lazımdır: əgər biz bu münaqişəyə nöqtə qoymaq istəyiriksə, ədalət nöqteyi nəzərindən kifayət qədər anlayışla qəbul ediləcək qərar tapmaq lazımdır".

Eks-prezident Koçaryan itirilmiş bütün ərazilər haqqında müsbət fikir bildirməyəcəyini bəyan edib: "Düşünürəm ki, hər şey itirilməyib, ən azı danışıqlar prosesində Dağlıq Qarabağ muxtar vilayətinə daxil olan əraziləri müzakirə etmək imkanı var. Necə statusla? Bu, çox mürəkkəb prosesdir, lakin düşünürəm ki, burada hansısa mümkün perspektivlər var".

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84