Koçaryan Ermənistanı məhkəməyə verdi

18:09 - 24 Avqust
    1515 oxunma

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan Maliyyə Nazirliyinin təmsilində respublikaya qarşı iddia qaldırıb. Bu barədə Ermənistanın “Datalex” məhkəmə məlumat portalında məlumat verilib. Bildirilir ki, iddianın qaldırılmasına səbəb hakim Anna Danibekyanın Koçaryanın icazəsi olmadan eks-prezidentin xəstəxanadan aldığı tibbi şəhadətnaməni oxuması və tibbi sirri açıqlaması olub. 

Koçaryan qeyri-maddi ziyana görə kompensasiya olaraq 2 milyon dram (4 min dollardan çox) tələb edir. İddia avqustun 19-da hakim Armenuhi Badiryana göndərilib. Koçaryanın vəkili Hayk Alumyan “Sputnik Ermənistan”a verdiyi müsahibədə iddia ərizəsinin səbəbinin hakim Anna Danibekyanın martın 10-da keçirilən iclasda ikinci prezidentin icazəsi olmadan gizli olan məlumatları açıqlaması olduğunu bildirib: “Medianın iştirakı ilə tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxudu və bunlar qanunla qorunan şəxsi məlumatlardır”.

Qeyd edək ki, Koçaryan martın 10-da keçirilən məhkəmə iclasında iştirak etməyib. Sonra hakim Anna Danibekyan “Erebuni” tibb mərkəzinin arayışını oxuyub. Arayışda ona görə ikinci prezidentə kəskin vestibulopatiya, 3-cü dərəcəli hipertoniya və ürək ritminin pozulması diaqnozu qoyulduğu qeyd olunub. Arayışda Koçaryanın xəstəlik səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilib.

Xatırladaq ki, R.Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84