Kişiləri təhqir edən məşhur model üzr istəməyəcəyini deyib

13:46 - 27 Avqust
    12900 oxunma

Model Ramina Abbasova bir neçə gün bundan öncə  işlətdiyi təhqirlərə görə üzr istəməyəcəyini bildirib. Yenisabah.az xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva gənc modeli "Vine şou" proqramında üzr istəməyə səsləsə də, o bundan imtina edib. 

Model Dilarə Əliyevanın çağırışına "Xahiş edirəm, bunu şişirtməyin. Mən fikirləşmirəm ki, üzr istəməliyəm. Mənə yaraşmayan sözləri yazıblar. Mən onu bəzi insanlara aid etmişəm" – deyə cavab verib.

Qeyd edək ki, R.Abbasovanın “Kişi də deyilsiniz. Vallah, bu ölkədə kişi də yoxdur. Ya 40, ya da 18, hamısı eynidir!” – deyə status yazması səs-küyə səbəb olmuşdu. 

 
Kişiləri təhqir edən məşhur model üzr istəməyəcək 
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84