Kim gəlsə, karantinə alınacaq

11:18 - 30 May
    1015 oxunma

"Bu gün Azərbaycana kənardan kim gəlirsə, karantinə alınır”. Bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib. Onun sözlərinə görə, bu qərar iyunun 15-nə kimi qüvvədədir:

"İyunun 15-nə kimi Azərbaycana kim gəlsə, onlar da karantinə alınacaq. Ondan sonra isə Azərbaycana gələnlərin karantinə alınıb-alınmaması verilən qərarlardan asılı olacaq”.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı Naxçıvana uçuşların bərpa ediləcəyini deyib. Onun sözlərinə görə, Naxçıvana uçuşların bərpası iyunun 8-dən sonraya planlaşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84