"Kim Çen In sağ-salamatdır" - RƏSMİ

11:28 - 27 Aprel
    680 oxunma

KXDR-in Dövlət Şurasının sədri Kim Çen In sağlamdır.

Məlumata görə, bu barədə Koreya Respublikası prezidentinin diplomatiya və milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Mun Çjon İn bildirib.

"Hökümətimizin mövqeyi möhkəmdir, Kim Çen In sağdır və sağlamdır. O 13 apreldən Vonsan bölgəsindədir", - müşavir deyib.

Qeyd edək ki, KXDR lideri 11 apreldən indiyədək ictimaiyyət qarşısında görünməyib. CNN telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən Vaşinqtonda, iddia edilən cərrahiyə əməliyyatından sonra KXDR lideri Kim Çen Inın sağlamlığının pisləşməsi ilə bağlı kəşfiyyat araşdırılmalarına dair açıqlama verib.

Lakin bir qədər sonra Şimali Koreyanın mərkəzi qəzeti "Nodon Sinmun" Kim Çen İnin sənədlərlə işləməyə davam etdiyini söyləyərək Vonsan-Kalmanın şərq sahilindəki turizm bölgəsi inşaatçılarına təşəkkür mesajının göndərdiyini bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84