“Köhnə paltarlarımı dostlarıma verirəm”

13:41 - 13 May
    2445 oxunma

Əməkdar artist Ədalət Şükürov “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinin qonağı olub. 

Karantin müddətində vaxtını necə keçirdiyindən danışan sənətçi geyinmədiyi paltarlarını payladığını deyib: “Karantində bağda da, evdə də çoxlu iş gördüm. Dolablarda lazımsız əşyalar, geyimlər var idi. Bir az təmizləmə işləri apardım.

Həyat yoldaşım geyinmədiyim paltarlarımı ütüləyir, səliqəli şəkildə yığır. Mən də onları dostlarıma verirəm. Qoy, onlar fəxr etsinlər ki, mənim paltarlarımı geyinirlər. Yaxşı adamın paltarını geyinəndə özün də yaxşı olursan”. 

Qeyd edək ki, Ə.Şükürov şou-biznesin zəngin məşhurları sırasında öz yerini tutur. Tez-tez sosial şəbəkələrdə bahalı həyat tərzini nümayiş etdirən müğənni məşhur brendlərdən aldığı geyimləri və saatları ilə hər zaman seçilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84