Kərəm Həsənov Fərzəliyev-İbadov çütlüyünü qoruya biləcəkmi? 

23:43 - 07 Sentyabr
    3430 oxunma

Son günlər Qurban Məmmədovun mənzil qalmaqalında adı hallanan Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevlə müavini Şahmar İbadov barədə yaxın günlərdə ciddi tədbirlər görüləcəyi barədə artıq məlumatlar var. 

Bizimxeber.az bildirir ki, Abdin Fərzəliyev vəzifədən azad oluna, müavin isə həbsə göndərilə bilər. Həbs olunacağı ilə bağlı məlumatlardan bərk narahat olan Şahmar İbadovun hətta çıxış yolları axtardığı deyilir. 

Bu arada Bizimxeber.az bildirir ki, Abdin Fərzəliyevin "qoruyucu mələk"ləri də hərəkətə keçib. Bizimxeber.az bildirir ki, uzun illər prezidentin sabiq köməkçisi Əli Həsənov tərəfindən ciddi şəkildə qorunan Abdin Fərzəliyev birincinin vurulmasından sonra Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri, 2019-cu ildə prezidentin sərəncamı ilə Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilən Kərəm Həsənovun çətiri altına keçib. Əvvəlki aylarda Kərəm Həsənovu mətbuatda qoruyan Fərzəliyev komandası indi Həsənovdan dəstək gözləyir. 

Qeyd edək ki, ölkə mətbuatında Kərəm Həsənovla Abdin Fərzəliyevin birgə əməlləri ilə bağlı uzun müddət silsilə məqalələr yazılıb. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84