.
.

Kəmaləddin Heydərov YAP-da yüksək vəzifə alacaq? - Nazir postu itirilir

13:39 - 04 Mart
    12680 oxunma

Sabahkı qurultayında "qoca"larla vidalaşmağı planlaşdıran hakim partiya yeni komandasını bütövlükdə gəncləşdirmək niyyətində deyil.  Məlumata görə, yaşlı olmalarına rəğmən müəyyən şəxslər partiyada müxtəlif postları bölüşəcəklər.

Bizimxeber.az bildirir ki, YAP-ın qurultayında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yüksək vəzifə alacağı ilə bağlı bəzi məlumatlar var. 

Uzun illər hakimiyyətdə yüksək postları tutan, böyük biznes şəbəkəsinə, əsasən Rusiya tərəfindən ciddi siyasi rıçaqlara malik FHN şefinin YAP-da vəzifə alacağı, hətta sədrin 4 müavinlərindən biri olması ehtimalı müzakirə mövzusudur.

Heydərovun hakim partiyada vəzifəyə sahiblənməsi onun nazir postunu itirməsi ilə nəticələnmə risqi yaratsa belə, görünür FHN şefi bu gedişi uğurla başa çatdırmaq niyyətindədir. Yaxınlarda zatən nazir postunu itirəcəyini anlayan FHN şefi üçün YAP-da vəzifə almaq özü ilə yanaşı həm də biznesini qorumaq üçün daha yaxşı seçimdir. YAP-da vəzifə tutmaq həm də gələcək toxunulmazlıq anlamı yaradır.

Əmi
Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84