Keçmiş nazir orduya 100 min manat yardım etdi

11:27 - 09 Oktyabr
    1800 oxunma

Qərbi Kaspi Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb. Bununla bağlı qərar Universitetin Qəyyumlar Şurasının dünən keçirilən toplantısında qəbul olunub. Toplantıda Fonda yardım üçün müəllimlərin ianə toplamaq müraciətinə də baxılıb və bildirilib ki, bu missiyanı universitet öz hesabına həyata keçirəcək.

Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov bildirib ki, Azərbaycan Ordusunun erməni təcavüzünə cavab olaraq başladığı əks-həmlə əməliyyatları uğurla davam edir və hər bir azərbaycanlı cəbhədəki qələbələrin qürur hissini yaşayır: “Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında orumuzun başladığı əks-həmlə əməliyyatları torpaqlarımızın işğaldan azad olunması ilə sona çatacaq, beləliklə, ədalət – Azərbaycanın haqqı işi zəfər çalacaq”.

Xatırladaq ki, Qərbi Kaspi Universiteti bir neçə gün öncə Sərhəd Qoşunlarına VAZ 2121 (“Niva”) və Nissan Navarra (“Pickup”) markalı 2 avtomobil hədiyyə etmişdi, Bərdə Rayon Mərkəzi Xəstəxanasına isə zəruri tibbi ləvazimatlar, yataq dəstləri və hospital şəraitində istifadə olunan digər ləvazimatlar göndərmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84