Keçmiş deputatın şirkətinə 7 milyon manatlıq tender verildi

17:39 - 17 Avqust
    1935 oxunma

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Bizimxeber.az bildirir ki, vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərsutəchizattikinti” ASC-dir. Qalib şirkətə 6 685,5 min manat ödəniləcək.

Xatırladaq ki, "Azərsutəchizattikinti” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 24 442 manat, qanuni təmsilçisi isə Milli Məclisin V çağırış deputatı Mirzəcan Xəlilovdur. /Qaynar/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84