.
.

Keçmiş ABŞ prezidentləri peyvənd reklamına çəkildilər - Tramp dəvət olunmadı

23:46 - 11 Mart
    6040 oxunma


Barak Obama, Corc Buş, Bill Klinton, Cimmi Karter və keçmiş birinci xanımlar ABŞ əhalisini peyvəndlənməyə ehtiyacın olduğunu xəbərdar etmək üçün hazırlanmış sosial videoların çəkilişinə dəvət alıblar. 

Bizimxeber.az "Reuters"-ə istinadən bildirir ki, təşəbbüs sosial reklamlarla məşğul olan qeyri-hökumət təşkilatı "Ad Council"ə məxsusdur. Təşkilat peyvəndin effektivliyinin sübutu və pryvəndləmə çağırışına həsr olunmuş video çarxlar hazırlayır.

Keçmiş ABŞ prezidenti Barak Obama sosial roliklər barədə danışarkən deyib ki, bu, pandemiyaya son qoyulması və ABŞ-ın uğurları üçün ilk addımdır. 

Sabiq prezident Donald Tramp və xanımı Melania Tramp hələ ictimaiyyətə təqdim olunmayan reklam çarxına dəvət almayıb. Reklam çarxları hətta Trampın olmadığı prezident Baydenin andiçmə mərasimində də çəkilib.

Qeyd edək ki, ABŞ-da təxminən 30 milyon koronavirus yoluxması aşkar edilib, 542 min insan dünyasını dəyişib. İndiyə qədər 95,7 milyon ABŞ sakininə COVID-19 peyvəndi vurulub.

Sosial çarxlar hələ yayımlanmayıb. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84