Köçəryanla Putinin telefon danışığının detalları açıqlandı

11:38 - 28 Dekabr
    1590 oxunma

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın köməkçisi Viktor Soqomonyan Rusiya prezidenti Putinlə sabiq Köçəryan arasındakı telefon danışığını inkar etməyib. O bildirib ki, telefon danışığı təxminən 1 saat davam edib. 

Danışığın detalları barədə heç bir məlumat verməyən Soqomonyan əlavə edib ki,  telefon danışığı zamanı Ermənistandakı məlum vəziyyət müzakirə olunub.

Bu arada məşhur rus media meneceri Aram Qabrelyanov Telegram kanalında müzakirənin təfərrüatlarını təqdim edib. Bildirilir ki, əsas müzakirə Ermənistan və "Artsax"dakı iqtisadi vəziyyətlə bağlı olub. Danışıqlar zamanı Ermənistanın 2021-ci ilin fevralında düşə biləcəyi ciddi iqtisadi böhrandan necə çıxartmağın yolları müzakirə olunub.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84