. .

"Köçəryanın məqsədi Paşinyandan intiqam almaqdır" - Levon Ter-Petrosyan

16:51 - 16 May
    1205 oxunma


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Robert Köçəryan və Serj Sarkisyanla görüşün təfərrüatları barədə bir daha danışıb. 

Bizimxeber.az erməni KİV-lərinə istinadən bildirir ki, Ter-Petrosyan Robert Köçəryanın erkən parlament seçkilərində birgə iştirakdan imtina etməsini onun dövlətin maraqlarını deyil, baş nazir Nikol Paşinyandan intiqam almaq istəyi ilə əlaqələndirib. 

Ter-Petrosyan qeyd edib ki, qarşıdakı seçkilərdə birgə iştirakla bağlı Sarkisyan və Köçəryana edilən müraciətdə bir şərt var idi: - keçmiş liderlərdən heç kimin baş nazir vəzifəsinə namizəd göstərilməməsi.

"Amma Köçəryanın təklifi rədd etdi və bu onun Paşinyandan intiqam almaq istədiyi deməkdir" deyə Ter-Petrosyan bildirib. 




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84