.
.

Köçəryanın məhkəmə araşdırması qapalı aparılacaq - Hakimlər qərar verdi

13:17 - 23 Mart
    11040 oxunma

Ermənistan Konstitusiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın məhkəməsi qapalı keçiriləcək. Bu barədə hakimlərin səsverməsi nəticəsində qərar qəbul edilib. Bizimxeber.az bildirir ki, Ermənistanda Koçəryanın hakimiyyətin devrilməsi iddiası ilə bağlı məhkəmə çəkişməsi uzun illərdir davam edir. 

Bir neçə hakim məhkəmənin açıq keçirilməsini tələb etsə də, nəticədə dörd hakim açıq müzakirənin lehinə, daha dörd nəfər əleyhinə səs verib.

Məlumata görə, məhkəmənin qapalı keçirilməsini əsasən Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyanın təkid edib.

Qeyd edək ki,  keçmiş prezident Robert Köçəryana 1 Mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb.

Köçəryan  bu çinayət işini uydurma hesab edir və siyasi təqib adlandırır. Bu işə KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyan daxil edilib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84