Karantinin yumşaldılmasını restoranda qeyd edənlər cərimələndi - Video

22:29 - 09 Fevral
    11360 oxunma


Sosial şəbəkələrdə paytaxtın Nizami rayonunda yerləşən “Muğam ocağı” restoranında təşkil olunan şənliyin görüntüləri yayılıb

DİN Mətbuat Xidmətindən bildirilib ki, keçirilən tədbirlərlə yayılan videogörüntülər araşdırılaraq, obyektin icarədarı, tədbirin təşkilatçıları və iştirakaçıları müəyyən olunub, müvafiq polis orqanına dəvət olunaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Fevralın 2-də xüsusi karantin rejim qaydalarını pozaraq, ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq, “karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər. Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib.

Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84