Karantinə görə cərimələnən sürücülərin sayı dəfələrlə azalıb

11:26 - 13 May
    665 oxunma

Dövlət Yol Polisi İdarəsi karantin qaydalarını pozan sürücülərin sayını açıqlayıb. Mayın 12-dən 13-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. 

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 52580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. 

Qeyd edək ki, karantin müddətinin ilk həftələrində gündəlik 2 mindən çox sürücü cərimə olunurdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84