Karantində toy keçirilən restoran Əliağa Hüseynova məxsusdur - FOTOLAR/VİDEO

12:14 - 07 Fevral
    17720 oxunma

Xəbər verdiyimiz kimi ötən gün Bakıda şadlıq evində toy məclisi keçirənlər saxlanılıb.  Yasamal rayonunda yerləşən “Atlantis” restoranının “Euphoria” musiqi zalında xüsusi karantin rejiminin qaydaları pozularaq toy məclisi təşkil olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb. Toy məclisi keçirilən restoran keçmiş Milli Məclisin deputatı Əliağa Hüseynova məxsusdur. Restoran Əliağa Hüseynovun oğlu tərəfindən idarə olunduğu bildirilir. 

Qeyd edəki, V çağırış Milli Məclisin deputatı olmuş, general Əliağa Hüseynov keçmiş baş hərbi komissar,və Salyan rayonun icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Sabiq deputat Əliağa Hüseynov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla qudasıdır. 

**

Bakıda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

BizimXeber.az bildirir ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib.  Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb. Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb. DİN-in Mətbuat xidməti faktı təsdiqləyib.

 

  •  
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84