Karantin rejiminin yumşaldılmasının səbəbi - RƏSMİ

17:16 - 15 May
    700 oxunma

“Baş Nazir artıq xüsusi karantin rejimindən çıxmaqla bağlı qərar imzalayıb”.

Məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ. Məmmədov bildirib ki, bu, karantin rejimindən çıxışın yumşalması ilə bağlı üçüncü mərhələdir.

“Yumşalma dövründə yoluxma hallarının sayında artım müşahidə olundu. Amma ümumi proses idarə olunandır. Ötən müddət ərzində böyük təcrübə əldə edilib. Aidiyyəti qurumlarda ciddi maddi-texniki baza yaradılıb. Bütün bunlar koronavirusla mübarizə ilə bərabər həyatımızı davam etdirməyə imkan verir. Biz problemlə birlikdə yaşamağa öyrəşməliyik. Ötən dövrdə qoruyucu vasitələrin ölkədə istehsalı da təmin edilib. Bəzi məhsullar üzrə asılılıq azaldılıb, bəzi məhsullardan asılılığı isə tam aradan qaldıra bilmişik”, - deyə İ. Məmmədov vurğulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84