Karantin rejiminin pozanlar 200-dən 400 manatadək cərimələnəcək - QANUN

11:42 - 29 İyun
    1095 oxunma

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin Maddə 211-ci maddəsi yeni redaksiyada təklif olunur.

Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100  manatdan 200 manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.

Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84