Karantin qaydalarını pozan futbolçular cərimələndi

20:47 - 05 İyun
    2465 oxunma

Almaniya Futbol Liqası (DFL) Dortmund "Borussiya"sının futbolçuları - Ceydon Sanço və Manuel Akancini cərimələyib.

Bizimxeber.az xəbər verir ki, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.

Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl "Bild" nəşri "Borussiya"nın 6 futbolçusunun karantin qaydalarını pozduğunu yazmışdı.   /Report


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84