Karantin müddəti uzansa, hansı tədbirlər görüləcək?- RƏSMİ

19:57 - 07 Aprel
    37482 oxunma

“Karantin müddəti uzandığı halda, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək”. 

Bizimxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə veriləcək:

“Əgər ailədə iki nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”.

Nazir qeyd edib ki, əgər işsiz kimi qeydiyyata düşən şəxsin şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə, onun qeydiyyata düşməsində problem yarana bilər:

“Bütün məlumatlar elektron fin nömrə üzərində araşdırılır. Vəsiqənin vaxtı bitibsə, onda biz onun məlumatlarını yoxlaya bilməyəcəyik və ona işsiz statusu verə bilməyəcəyik”.

Nazir qeyd edib ki, əgər ailədə ata, ana və 18 yaşından yuxarı əmək yaşına çatmış iki övladı varsa, birdəfəlik ödənişin verilməsi üçün övladlar nəzərə alınmır:

“Ancaq ana və atanın biri əmək müqaviləsi üzrə işləyirsə, artıq dövlət ona yardım edir. Digərinin alması artıq düzgün olmazdı. Övladların ayrıca birdəfəlik ödəmə almaq hüququ var və müraciət edə bilərlər”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84