“Kapital Bank” müştərisindən şikayət: Kartından həm pul tutulur, həm də...

15:29 - 23 Fevral
    10480 oxunma


Daha bir vətəndaş “Kapital Bank”a məxsus “Birkart” plastik kartı ilə bağlı problem yaşayıb. Bərdə şəhər sakini Afaq Mustafayeva balansında 4 min AZN olan “Birkart” vasitəsilə iki dəfə əməliyyat etdikdən sonra xəbəri olmadan kartdan onlayn pul çıxarılıb. 

Bu barədə Afaq Mustafayeva Prezident İlham Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı müraciətdə bildirir. “Bu kart vasitəsilə iki dəfə alış-veriş etmişəm. Balansda 3586.35 AZN məbləğində pul qalıb. Sonradan məlum oldu ki, mənim xəbərim olmadan kartdan onlayn şəkildə pul çəkilib”, - şikayətçi yazır.

Afaq Mustafayeva üzləşdiyi problemlə əlaqədar “Kapital Bank”ın Bərdə şəhər filialına müraciət edib: “Filialın müdiri Elnur Səfərova dedim ki, kartı verəndə nə üçün kodunu deməmisiniz? O isə cavab verdi ki, bura təhsil ocağı deyil ki, dərs keçək”.

Şikayətçi bundan sonra Bərdə rayon Polis Şöbəsinə və “Kapital Bank”ın baş ofisinə üz tutub. “Üç gündən sonra “Kapital Bank”ın əməkdaşı olduğunu bildirən Qabil adlı şəxsdən mənə zəng gəldi. O bildirirdi ki, narahat olmayın, pulunuzu kartdan çəkən adamı tapmışıq. Banka gəlib pulunuzu qaytaracaq. Lakin iki gün sonra yenidən zəng vuraraq həmin adamın çağırışa əhəmiyyət vermədiyini dedi və tövsiyə etdi ki, müvafiq qurumlara müraciət edim. Bu barədə polis şöbəsinə bildirdim. Lakin işə laqeyd yanaşdılar”, - deyə şikayətçi qeyd edib.

Afaq Mustafayevanın sözlərinə görə, bu məsələ araşdırılsa da, onun pensiya kartından pul tutulur: “Halbuki araşdırma dövrü ödəniş dayanmalı idi. “Kapital Bank”dan deyirlər ki, müstəntiq rəsmi sənəd versin, biz də pulu kimin, harada çıxardığını rəsmi qaydada bildirək. Müstəntiq Mətin Qəmbərov isə deyir ki, bank rəsmi sənəd versin, ödəniş dayansın”.

Şikayətçinin sözlərindən məlum olur ki, o, polis şöbəsi və “Kapital Bank” tərəfindən süründürməçiliyə məruz qalıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84