Kanalizasiyası olmayan internat məktəbi qanunlara meydan oxuyur

12:25 - 10 Fevral
    8480 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

9 fevralda Bakının Buzovna qəsəbəsində yerləşən 8№-li sanatoriya tipli internat məktəbi 3 kotirovka sorğusu əsasında təxminən 108 min manat məbləğində 3 satınalma müqaviləsi bağlayıb. 

Müqavilələrin ikisi "Qarant-com" MMC, biri isə "Alov Mühafizə"nin 10 saylı filialı ilə imzalanıb. Belə ki, internat məktəbinə içməli suyun daşınması (36000 AZN) və çirkab suyun çıxarılması və daşınması işləri (28400 AZN) üzrə kotirovka sorğusunun qalibi 75 gün əvvəl dövlət qeydiyyatına alınan "Qarant-com" MMC, mühafizə xidməti (43560 AZN) üzrə kotirovka sorğusunun qalibi isə "Alov Mühafizə"nin 10 saylı filialı olub. 

"Qarant-com" MMC dünən daha bir kotirovka sorğusu üzrə satınalma müqaviləsi bağlayıb. Belə ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbi tərəfindən keçirilən və məbləği 7 min 290 manat olan satınalma müqaviləsinin qalibi "Qarant-Com” MMC olmuşdu. (https://qaynarinfo.az/az/internat-mektebi-kanalizasiya-xidmetini-yeni-yaranan-sirkete-verdi-foto/).

Qeyd edək ki, "Qarant-Com” MMC 26.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A–da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Könül Malik qızıdır.

Məmmədova Könül Malik qızı bir ay sonra eyni ünvanda, eyni nizamnamə kapitalı ilə daha bir şirkət -  "Resta-Ltd” MMC-ni (VÖEN: 2006512871) də dövlət qeydiyyatına aldırıb. Hələlik, bu şirkət dövlət satınalmalarında qalib elan olunmayıb. 

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Satınalma müqaviləsinin 75 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu aydın deyil. 

Maraqlıdır ki, ötən il də adıçəkilən internat məktəbi bu il olduğu kimi, müvafiq satınalma müqavilələrini bağlayıb. Müqavilələr müvafiq olaraq 2019-cu ilin martın 5-də yaradılan "Santorq" MMC və "Alov Mühafizə"nin 10 saylı filialı ilə bağlanıb. "Santorq" MMC ilə bağlanan müqavilələrin qiyməti bu ilki səviyyədə, yəni 36 min və 28 min 400 manat olduğu halda, mühafizə xidməti üzrə müqavilənin məbləği bu il birdən-birə 3630 manatdan 43 min 560 manata qalxıb.

Həmçinin, 8№-li sanatoriya tipli internat məktəbinin bağladığı satınalma müqavilələrinin məbləği tender müsabiqəsi keçirmək üçün kifayət etdiyi halda nədənsə kotirovka sorğusu keçirməyə üstünlük verilməkdədir.

Ən qəribəsi isə odur ki, 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan 8№-li sanatoriya tipli internat məktəbinin indiyə kimi içməli su və kanalizasiya təhcizatının qurulmamasıdır...

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84